Hakerlər Pentaqonun yeni texnologiyasını “sındırdılar”backend

Hakerlər Pentaqonun yeni texnologiyasını “sındırdılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Las-Veqasda keçirilən DEF CON 2022 sərgisində hakerlər ABŞ Müdafiə Nazirliyinin yeni texnologiyasını – hərbi bazalardakı yerli avtonom elektrik şəbəkələrini (mikroqridləri) “sındırmağa” nail olublar.

Qeyd olunur ki, Pentaqon zəif yerlərini axtarmaq üçün texnologiyanı sınaqdan keçirib. 1700-dən artıq DEF CON iştirakçısının çoxu Pentaqonun hazırladığı şəbəkəni təqlid edən saxta şəbəkəni uğurla söndürüb.

Hakerlərdən biri isə mikroqridlərin mənfi dəyərlərdən istifadə etməyən Kelvin temperatur şkalası üzrə işlədiyini müəyyən edib. Nəticədə o, proqnoz modelinə mənfi ədədlər qoyub ki, bu da sistemin çökməsinə səbəb olub.

Pentaqondan bildirilib ki,  sözügedən mikro şəbəkəni daha da təkmilləşdirmək və boşluqları tapmaq üçün tam hüquqlu bir proqramı işə salmaq planlaşdırılır.

Qeyd edək ki, mikro şəbəkə enerji sistemini bölmələrə ayırmaq üçün nəzərdə tutulmuş texnologiyadır. Hər bir bölmə lazım olduqda avtonom işləməyi bacarır və alternativ enerji mənbələrindən aktiv şəkildə istifadə edir.

Mənbə: gazeta.ru