Haqqında cinayət işi başladılan Rövşən Əsgərovdan – Açıqlamabackend

Haqqında cinayət işi başladılan Rövşən Əsgərovdan – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Rusiyada azərbaycanlı jurnalist və “Что? Где? Когда?” televiziya şousunun iştirakçısı Rövşən Əsgərov barəsində cinayət işi açılıb.

 

İnterpress.az-ın məlumatına görə, jurnalist məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, hazırda Rusiyada deyil:

“Bu axmaqlıq haqda şərh vermək çətindir. Rusiyada deyiləm və bu, əsasdır”.

Qeyd edək ki, Rövşən feysbuk hesabındakı paylaşımlarda nasizmi reabilitasiya etməkdə ittiham olunur.

Rusiya Federasiyası İstintaq Komitəsi müəyən edib ki, o, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar paylaşıb.

İstintaq Komitəsindən verilən məlumata görə, bu cür əməllərə görə qanunla müəyyən edilmiş cinayət məsuliyyəti nəzərdə tutulur.