Həbsdə olan Nərgiz Məhəmmədi ölümcül DÖYÜLDÜ — Nobel Komitəsindən ŞOK BƏYANATbackend

Həbsdə olan Nərgiz Məhəmmədi ölümcül DÖYÜLDÜ — Nobel Komitəsindən ŞOK BƏYANAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan Nobel mükafatçısı Nərgiz Məhəmmədi ölümcül döyülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsi məlumat yayıb.

İranda hüquq müdafiəçisi və Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin həbsxanada ağır işgəncələrə məruz qaldığı barədə “etibarlı məlumatlar” daxil olub.

Bir neçə gün əvvəl yenidən 7 ildən çox müddətə azadlıqdan məhrum edilən laureatın səhhəti hazırda kritik qiymətləndirilir.

Nobel Komitəsinin yoxlanılmış mənbələrinə görə, Nərgiz Məhəmmədi dekabrın 12-də vəkil Xosrov Əlikordinin anım mərasimində mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Məlumata görə, güc strukturlarının əməkdaşları onu taxta çubuqlar və dəyənəklərlə amansızcasına döyüb, saçlarından tutaraq yerdə sürüyüblər. Nəticədə hüquq müdafiəçisinin baş dərisinin bir hissəsi qopub və dərin açıq yaralar yaranıb. O, həmçinin çanaq nahiyəsindən dəfələrlə təpik zərbələrinə məruz qalıb.

Ağır vəziyyətdə olmasına baxmayaraq, Məhəmmədi pəncərəsiz, daimi süni işıqlandırması olan və soyuq döşəməli təkadamlıq kameraya yerləşdirilib.

Hüquq müdafiəçisi ciddi xəsarətlərlə yanaşı, kəskin ürək problemlərindən və yüksək təzyiqdən əziyyət çəkir.

Norveç Nobel Komitəsinin sədri Yörgen Vatne Fridnes CNN telekanalına müsahibəsində bildirib ki, onun çox yaşamayacağından ciddi şəkildə ehtiyat edirlər.

Nobel Komitəsi baş verənləri “insanlığa sığmayan və ləyaqəti alçaldan cəza” adlandıraraq beynəlxalq insan haqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib.

Komitə İran hakimiyyətini Nərgiz Məhəmmədini dərhal və qeyd-şərtsiz azad etməyə, ona müstəqil tibbi yardım göstərilməsinə şərait yaratmağa çağırıb.

Xuraman Etibarlı

İnterpress.az