Türkiyənin Niğde şəhərində neyrocərrah əvvəllər əməliyyat etdiyi 62 yaşlı xəstə tərəfindən bir neçə bıçaq zərbəsi alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Alınan məlumata görə, Ömər Halisdemir Universiteti Təhsil və Araşdırma Xəstəxanası Beyin Sinir Cərrahiyyəsi Hissəsində çalışan Mütəxəssis Prof. Dr. Burak Yürük və daha əvvəl əməliyyat etdiyi 62 yaşlı kişi arasında naməlum səbəbdən mübahisə düşüb.
Mübahisə davaya çevrildikdən sonra pasiyent Yürükü bədəninin müxtəlif nahiyələrindən bıçaqlayıb.
Xəbərdarlıq üzərinə hadisə yerinə polis qrupları sövq edilib.
Xəstəxananın təcili xidmətində müalicə alan Yürükün həyati təhlükəsinin olmadığı öyrənilib.
Şübhəlinin polis bölməsində saxlanılması əməliyyatları davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az