Türkiyədə qadın paltarı geyinmiş kişi məscidə girib, qadınlara təcavüz edib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Samsunda naməlum kişi qadın paltarı geyinərək məscidə girib, qadınlarla birlikdə namaz qılıb.
Daha sonra o, namaz qılan qadınlara təcavüz edib, məsciddə gizlicə onların övrətinə toxunub.
Qadınlar və hadisədən xəbərdar olan hər bir kəs həmin şəxsin cəzalanmasını tələb edir.
İndi polis hicablı kişini axtarır.
Xuraman Etibarlı
İnterpress.az