Hikmət Hacıyev: Təəssüf ki, Ermənistan COP29-da iştirak etmirbackend

Hikmət Hacıyev: Təəssüf ki, Ermənistan COP29-da iştirak etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təəssüflə qeyd edim ki, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmir.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvət göndərib.

“Ermənistan qeydiyyatdan keçsə də, hələ onlar tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb. Əgər Ermənistan tərəfi özü bu tədbirdə iştirak etmirsə, bundan başqa, regional əməkdaşlıqdan, ölkələrarası təmasdan danışırsa, bu, bir daha onu göstərir ki, Ermənistan bu kimi hallardan istifadə edərək yalnız özünün birtərəfli təbliğatına çalışır. Amma düşünürük ki, Ermənistan tərəfi konvensiyanın üzvü kimi dəvət almışdı və tərəf kimi də tədbirdə iştirak edə bilərdi. Hər bir halda Ermənistanın öz qərarıdır. Təkrar qeyd etmək istərdim ki, Azərbaycan konvensiyanın üzvü olaraq öz üzərinə düşən məsuliyyəti tam şəkildə yerinə yetirib və bütün dövlətlərin lazımi, zəruri və nəticəyönümlü müzakirələr aparması üçün tam şərait yaradıb. Lakin Azərbaycana qarşı əks təbliğat kampaniyasında Ermənistan və onunla əlaqəli dairələr yaxından iştirak edirlər”, – deyə H.Hacıyev qeyd edib.