Yəmən husiləri Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Lewis B. Puller” gəmisinə raket zərbəsi endirib.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının (husilər) nümayəndəsi Yəhya Sariya məlumat verib.
Qeyd edilib ki, yanvarın 28-də Yəmən donanması “USS Lewis B. Puller”i gəmi əleyhinə raketlə vurub.