Dövlət Duması ictimai nəqliyyatda pis qoxuyan sərnişinlərin cərimələnməsini təklif edib.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki,deputatlar ictimai nəqliyyatda pis iy gələn sərnişinlərin cərimələnməsini təklif edib.
Deputat Vitali Milonov gigiyena qaydalarına riayət edilməməsini xuliqanlıqla eyniləşdirmək istəyir.
Onun fikrincə, izdihamlı nəqliyyatda üfunətli adamın yanında olmaq, xüsusən də yayın istisində işgəncədir.
Xuraman Etibarlı
İnterpress.az