“İks-adamlar”ın professoru Patrik Stüart VƏFAT ETDİbackend

“İks-adamlar”ın professoru Patrik Stüart VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İks-adamlar” və “Ulduz yolu”nun ulduzu Patrik Stüart 86 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məşhur britaniyalı aktyor Patrik Stüart Los-Ancelesdəki evində, Alzheimer xəstəliyi və Levi cisimcikli demensiya ilə mübarizədən sonra dünyasını dəyişib. Bu barədə aktyorun mətbuat katibi Kelli Buş Novak məlumat verib.

Stüart “İks-adamlar” film seriyasında professor Çarlz Ksavye, “Ulduz yolu: Yeni nəsil” serialında isə kapitan Jan-Lük Pikarı canlandırması ilə dünya şöhrəti qazanıb.

Aktyorun karyerası yalnız kino ilə məhdudlaşmayıb. O, Şekspir əsərlərindəki səhnə rolları ilə də tanınıb və 2010-cu ildə dram sənətinə xidmətlərinə görə cəngavər tituluna layiq görülüb.

Xuraman Etibarlı

İnterpress.az