“İks-adamlar” və “Ulduz yolu”nun ulduzu Patrik Stüart 86 yaşında vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məşhur britaniyalı aktyor Patrik Stüart Los-Ancelesdəki evində, Alzheimer xəstəliyi və Levi cisimcikli demensiya ilə mübarizədən sonra dünyasını dəyişib. Bu barədə aktyorun mətbuat katibi Kelli Buş Novak məlumat verib.
Stüart “İks-adamlar” film seriyasında professor Çarlz Ksavye, “Ulduz yolu: Yeni nəsil” serialında isə kapitan Jan-Lük Pikarı canlandırması ilə dünya şöhrəti qazanıb.
Aktyorun karyerası yalnız kino ilə məhdudlaşmayıb. O, Şekspir əsərlərindəki səhnə rolları ilə də tanınıb və 2010-cu ildə dram sənətinə xidmətlərinə görə cəngavər tituluna layiq görülüb.
Xuraman Etibarlı
İnterpress.az






