Fransa İlon Maskı istintaqa çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Fransa prokurorluğu amerikalı milyarder İlon Maskı və “X” sosial şəbəkəsinin baş direktoru Linda Yakarinonu dindirməyə çağırıb.
Onlar alqoritmlərlə manipulyasiya və məlumatların qanunsuz toplanması işi üzrə dindirilməlidirlər.
Məlumata görə, “X” platformasına qarşı araşdırmalar 2025-ci ilin yanvarından bəri davam edir.
Hazırda prokurorluğun kiber-cinayətkarlıqla mübarizə bölməsi sosial şəbəkənin Parisdəki ofislərində axtarışlar həyata keçirir.
Fransa hakimiyyəti tərəfindən daha əvvəl təqib olunan “Telegram”ın qurucusu Pavel Durov mövzu ilə bağlı “X” hesabında paylaşım edərək Avropa ölkəsini sərt tənqid edib.
O bildirib ki, Fransa dünyada insanlara müəyyən dərəcədə azadlıq tanıyan bütün sosial şəbəkələri (“Telegram”, “X”, “TikTok” və s.) cinayət qaydasında təqib edən yeganə ölkədir. Durov vurğulayıb ki, Fransa artıq azad ölkə deyil.
Xuraman Etibarlı
İnterpress.az






