“İnstagram“dan hansı məşhur nə qədər qazanır? – Özləri AÇIQLADI – Videobackend

“İnstagram“dan hansı məşhur nə qədər qazanır? – Özləri AÇIQLADI – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada məşhurlar öz sənətlərindən əlavə bir çox video çarxlarda rol alır, İnstaqram səhifələrində paylaşımlar edib milyonlar qazanırlar. Bunu etiraf etməkdən isə çəkinmirlər.“ATV maqazin 10larla” verilişi yerli məşhurlar arasında sorğu keçirərək onların “İnstagram”dan əldə etdikləri gəliri öyrənib:

Reper Ramil Nabran: 200-300 manat arası

Rəqqasə Fatimə Fətəliyeva: Mənim menecerim bu işlərlə məşğul olur, qiymətlər 500-1000 manat arası dəyişir. Bu gün mən paltara pul vermirəm, səhifələr gözəl geyimləri göndərirlər, mən də geyinib paylaşaraq reklam edirəm. 15-17 min manatlıq brilliantlar göndərirlər, mən də onları taxıb reklam edirəm. Elə bu gün 22 min manatlıq dəst verilməli idi, amma yadımdan çıxdı götürmək.

Xalq artisti Tünzalə Ağayeva: Mənim bəlli qiymətim var, o qiymətə də hər kəs razılaşa bilməz.

Müğənni Sevil-Sevinc bacıları: Olub ki, bir post paylaşmışıq və 5 min manat qazanmışıq.

Əməkdar artist Gülüstan Əliyeva: 5000 də olub, 2000 də, 1500 də.

Nadir Qafarzadə: “İnstagram” mənim əyləncəmdir, qazanc yerim deyil. Oradan qazanılan pulları halal hesab etmirəm. Əziyyətsiz qazanılan puldur, məndə isə mütləq alın təri olmalıdır. Əziyyətsiz pul mənə düşmür.

Kərim Abbasov: 200-300 manatla mən varlı olmayacam. Bir-iki dəfə reklam etmişəm, amma sonra bunu özümə ayıb bildim.