İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfər edəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hüseyn Əmir Abdullahianın noyabrın 1-də Türkiyəyə səfər edəcəyi bildirilib. Onun Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulub.
H.Fidanın iranlı həmkarı ilə aktual regional məsələləri və ikitərəfli əlaqələri, xüsusilə Fələstində baş verənləri müzakirə edəcəyi bildirilib.