İrəvanın mərkəzində itkin düşən erməni hərbçilərin yaxınları aksiya keçiribbackend

İrəvanın mərkəzində itkin düşən erməni hərbçilərin yaxınları aksiya keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 7-də Ermənistan ordusunun “əsir” və itkin düşmüş hərbçilərinin yaxınları ölkə hökumətinin binası qarşısına toplaşıb. Etiraçılar parlamentin spikeri Alen Simonyandan dərhal onların yanına gəlib dediklərini izah etməyi tələb ediblər.

Qeyd edək ki, A.Simonyanın “əsir”lərlə bağlı qalmaqallı açıqlamaları toplaşanları hiddətləndirib. Belə ki, bir müddət öncə sosial şəbəkələrdə spikerin “bu əsirlərin artıq onun üçün mövcud olmadığını” (çox güman ki, bu il noyabrın 16-da saxlanılmış bir qrup hərbi qulluqçu nəzərdə tutulur – red.) bəyan etdiyi videosu yayılıb. A.Simonyanın sözlərinə görə, sözügedən hərbçilər silahlarını yerə ataraq qaçıb və azıblar. Nəticədə də saxlanılıblar.

Etirazçılar spikerdən sözlərinə görə izahat tələb ediblər və bildiriblər ki, əgər A.Simonyan onların qarşısına çıxmasa, radikal tədbirlərə əl atacaqlar.

Mənbə: Sputnik Ermənistan