İşdən azad olunan icra başçısına yeni vəzifə verildibackend

İşdən azad olunan icra başçısına yeni vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mustafayev Prezident Administrasiyasında yüksək vəzifəyə gətirilib. virtualaz.org-a məlum olub ki, İbrahim Mustafayev Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin rəhbərinin müavini təyin olunub. Həmin şöbəyə prezidentin köməkçisi Zeynal Nağdəliyev başçılıq edir.

Mənbə onu da bildirir ki, İbrahim Mustafayevin Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olarkən vətəndaşlarla iş üzrə tətbiq etdiyi yenilik-Operativ Xidmət Mərkəzinin yaradılması təcrübəsi digər rayonların İcra Hakimiyyətlərində də həyata keçiriləcək. Ona həmin təcrübənin yayılmasını kurasiya etmək tapşırılıb.

Gədəbəy rayon İcra Hakimiyyətinin inzibati binasında yaradılan Operativ Xidmət Mərkəzi vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə operativ, şəffaflıq şəraitində baxılmasını təmin edib. virtualaz.org bu mərkəzin fəaliyyəti barədə geniş yazmışdı.

İbrahim Ənvər oğlu Mustafayev 2018-ci ilin avqustunda Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.