İspaniya Ukraynaya tanklar göndərəcəkbackend

İspaniya Ukraynaya tanklar göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya Ukraynaya tanklar göndərəcək.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

İspaniyanın “El Pais” qəzeti İspaniyanın Ukraynaya 4-6 “Leopard 2A4” tipli tank göndərməyi planlaşdırdığını yazıb.

Qəzet hökumətdəki adı açıqlanmayan mənbəyə istinadən bildirir ki, göndəriləcək tankların sayı mövcud tankların statusundan və başqa neçə ölkənin Ukraynaya dəstək verəcəyindən asılıdır.

İspaniya Müdafiə Nazirliyinin sözçüsü hələlik mövzu ilə bağlı məlumat paylaşmayıb.

Kiyev administrasiyası bu ay Qərb ölkələrindən Rusiyaya qarşı tank öhdəlikləri almışdı.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba çərşənbə axşamı bildirib ki, ölkəsi ilk növbədə 12 ölkədən 120-140 tank almağı gözləyir.