“Hizbullah”ın kəşfiyyat qərargahının rəhbəri Beyrutda məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.
Ötən gecə (bazar günü) Livanın paytaxtı Beyrut şəhərinə endirilən dəqiq aviazərbə nəticəsində “Hizbullah” qruplaşmasının yüksək rütbəli üzvü Hüseyn Məqləd zərərsizləşdirilib.
Bildirilir ki, o, təşkilatın kəşfiyyat qərargahının rəhbəri vəzifəsini icra edirdi.
İsrail ordusunun bəyanatında bu əməliyyatın qruplaşmanın kəşfiyyat strukturuna və komandanlıq zəncirinə ciddi zərbə vurduğu vurğulanıb.
Xuraman Etibarlı
İnterpress.az






