İsraillilərə hücumda iştirak edənlərin hamısı həbs edilərək deportasiya edilməlidir – Vildersbackend

İsraillilərə hücumda iştirak edənlərin hamısı həbs edilərək deportasiya edilməlidir – Vilders

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amsterdamda israillilərə qarşı hücumda iştirak edənlərin həbs edilərək deportasiya edilməsinə çağırış edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Hollandiyanın sağçı Azadlıq Partiyasının lideri Gört Vilders bildirib. O deyib ki, Amsterdamda israillilərə qarşı hücumda iştirak edənlərin hamısı həbs edilərək deportasiya edilməlidir.

“Biz Avropanın Qəzzası olduq. Fələstin bayraqlı müsəlmanlar yəhudiləri ovlayır. Mən bunu qəbul etməyəcəyəm. Heç vaxt”, – Vilders vurğulayıb.

Qeyd edək ki, Amsterdamda futbol matçından sonra baş verən kütləvi hücumlar nəticəsində 10-dan çox israilli yaralanıb. Qohumları ən azı 3 israilli ilə əlaqəni itirib.

Hollandiya polisinin məlumatına görə, israillilərə qarşı hücumlarda iştirak etdiyi iddia edilən 57 nəfər saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az