“Miratorg”un 19 ton toyuq məhsulunda salmonella aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın nəhəng ət istehsalçısı olan “Miratorg” şirkətinin sentyabr ayında istehsal etdiyi toyuq budlarında salmonella bakteriyası aşkar edilib.
Təhlükəli infeksiya Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) yoxlamaları zamanı üzə çıxıb.
Məlumata görə, infeksiya riski daşıyan məhsulun ümumi çəkisi təxminən 19 min kiloqram (19 ton) təşkil edir.
Sözügedən partiyanın Belqorod vilayətinə göndərildiyi bildirilir.
“Rospotrebnadzor” artıq “Miratorg” şirkətinə rəsmi xəbərdarlıq edərək, təhlükəsizlik tədbirlərinin görülməsini tələb edib.
Xuraman Etibarlı
İnterpress.az






