İsveçdə silahlı hücum: 2 ölü, 2 yaralıbackend

İsveçdə silahlı hücum: 2 ölü, 2 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün İsveçin Sandviken qəsəbəsində bir restorana silahlı basqın nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ötən gün İsveçin Sandviken şəhərinin şərqində yerləşən kiçik qəsəbədə restorana silahlı hücum edilib.

Təcavüzkarın təkbaşına hərəkət etdiyi hadisədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Stokholmdan 190 kilometr şimalda yerləşən Sandviken qəsəbəsində baş verən hücumda həyatını itirənlərdən birinin 70 yaşlarında olduğu, yaralananların isə restoranın müştəriləri olduğu bildirilib.

Polis sözçüsü deyib: “20 yaşlarında ölən şəxsin əsas hədəf olduğuna inanırıq. Digər 3 nəfərin də təsadüfən orada olduğunu düşünürük”.

Sözçü hücumçunun cinayətkar dəstə ilə əlaqəsinin ola biləcəyini bildirsə də, mövzu ilə bağlı ətraflı açıqlama verməyib. Hücum edən şəxs hələ də tutulmayıb.

İsveç son illərdə artan silahlı hücumlar və partlayışlar dalğası ilə sarsılıb.

Seçki kampaniyaları zamanı artan dəstə cinayətlərinə qarşı mübarizə aparacağını vəd edən və seçkilərdə qalib gələn İsveç Baş naziri Ulf Kristersson hücumu pisləyib.