Rusiya və Belarus İttifaq Dövlətində rouminqi ləğv etmək qərarına gəliblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya Federasiyası və Belarus Birlik Dövlətində rouminqi ləğv etmək qərarına gəliblər.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, bugünkü iclasın yekunu olaraq “İttifaq Dövləti ərazisində rabitə xidmətlərindən istifadə və məlumatların ötürülməsi üçün rahat tariflərin yaradılması haqqında” qərar da daxil olmaqla, iyirmiyə yaxın sənəd imzalanıb.
Xuraman Etibarlı
İnterpress.az