Kəlbəcərdə yük maşını aşıb – Sürücünü sel aparıb – YENİLƏNİBbackend

Kəlbəcərdə yük maşını aşıb – Sürücünü sel aparıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparıb.

İnterpress.az-ın APA-ya istinadla məlumatıma görə, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, ölən Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovdur.

Hazırda axtarış işləri davam etdirilir.

***

09:53

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

İnterpress.az-ın məlumatına görə, hadisə rayonun Comərt kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov “Howo” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə adıçəkilən sürücü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.