KİV: Ramil Şeydayev Türkiyə klubu ilə müqavilə bağlayıbbackend

KİV: Ramil Şeydayev Türkiyə klubu ilə müqavilə bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “bolugundem.com” saytı məlumat yayıb.

Bildirilib ki, Tailandın “Buriram Yunayted” klubunun hücumçusu “Kocaelispor”la anlaşıb. 27 yaşlı hücumçunun TFF I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə bağladığı vurğulanıb. “Kocaelispor” I Liqada 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Ramil Şeydayev 2016-2018-ci illərdə Türkiyədə “Trabzonspor”un formasını geyinib.