“Bərabər İnkişaf Naminə”Koalisiyanın seçki hüquqları ilə bağlı maarifləndirici növbəti görüşü Azərbaycan Tibb Universitetində (ATU) keçirilib.
İnterpress.az xəbər verir ki, koalisiyanın rəhbəri Təranə Kərimova görüş iştirakçılarını salamlayıb, böyük sürətlə dəyişməkdə olan reallıqlar zəminində keçdiyimiz yola,vətəndaş cəmiyyətində meydana çıxan yeni çağırışlara səs vermək üçün daha da güclənən Azərbaycanın tərəqqisində qadınların da öz töhfələrini vermək arzusunda olduğunu bildirib.
Mərkəzi Seçki Komissiyası katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli çıxış edərək müxtəlif səpgidə ona ünvanlanan suallara cavab verib.
Rəşid Yusifbəyli müşahidəçilərin akkreditasiyası məsələlərindən,seçki günü müstəsna hallardan,qeydiyyatdan çıxma vərəqəsi ilə səsvermə prosedurundan, seçki məntəqələrinin açılışı və bağlanışı ilə bağlı məsələlərə aydınlıq gətirib.
Koalisiyanın üzvü Aygün Səmədova Aəzərbaycan qadınlarının cəmiyyətdəki vacib rolundan, ana və ailənın aparıcı qüvvəsi kimi məsuliyyətindən bəhs edib..
Sonda T.Kərimova iştirakçıları Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik edib.