Kremlə hücumun “şifrələri”- Həmin gün Zelenski səfərdə idi, Putin isə…backend

Kremlə hücumun “şifrələri”- Həmin gün Zelenski səfərdə idi, Putin isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Kremlə dronlarla hücuma münasibət bildirib. Qeyd olunub ki, Kremlə hücum çox güman ki, daxildən hazırlanmış plandır. Bildirilib ki, Rusiya bu hücumu müharibəni Rusiyanın daxili auditoriyasına çatdırmaq və daha geniş ictimai səfərbərliyə şərait yaratmaq üçün həyata keçirib. Qeyd edilib ki, bu yaxınlarda Rusiya hakimiyyəti ölkənin hava hücumundan müdafiə məkanlarını gücləndirib:

“Bu baxımdan 2 PUA-nın hava hücumundan müdafiə sisteminin bir neçə qatına nüfuz etməsi ehtimalı azdır. Kremlin hadisəyə dərhal, ardıcıl və koordinasiyalı reaksiyası da onu göstərir ki, bu, əvvəlcədən hazırlanmış ssenaridir. Əgər dron hücumu hazırlanmış ssenari olmasa idi, sürpriz olacaqdı. Nəticədə Rusiyanın rəsmi reaksiyası da bu qədər mütəşəkkil olmazdı”.
Qərb analitiklərinin fikrincə, Kreml mayın 9-da SSRİ-nin faşizm üzərində Qələbə Gününü qeyd etməmək və ya lokal miqyasda keçirmək istəyir. Bu səbəbdən, daxili auditoriyanın indidən buna hazırlanmasına başlanıldığı ehtimal edilir.

Əslində sözügedən məsələdə Ukraynanın əli olması, həqiqətən, ağlabatan deyildi.

Hadisədə diqqət çəkən əsas məqamlardan biri, bunun Ukrayna prezidenti Volodimir Zelenskinin səfərdə olduğu vaxt baş verməsidir.

İkinci bir tərəfdən maraqlıdır ki, hücum nəticəsində itki olmayıb. Bu, kifayət qədər ciddi məqamdır. Əgər Rusiya tərəfinin iddia etdiyi kimi, Ukrayna Putini öldürmək istəyibsə, deməli, kifayət qədər dəqiq addımlar atılmalı idi. Elə isə necə olub ki, kimsə ölməyib?

Başqa bir məqam ondan ibarətdir ki, Kremlə hücumun səhəri günü Ukrayna kütləvi raket hücumuna məruz qalıb. Nəticədə 23 nəfər həlak olub. İstisna deyil ki, Rusiya gələcək hücumları üçün Kremlə hücum “kartından” istifadə edəcək. Genişmiqyaslı hücumların gələcəkdə də təkrarlanması mümkündür.

Eyni zamanda onu da deyək ki, Rusiya siyasi hakimiyyəti indi həm də psixoloji təzyiq altındadır. Qərb dövlətləri və təşkilatları Rusiya Prezidenti Vladimir Putini artıq terrorçu kimi tanıyırlar. Belə olan halda Rusiya göstərmək istəyir ki, Ukrayna da müharibə qaydalarını pozur.

Fikrimcə, Kremlə hücumlarda ABŞ-ın əlinin olması daha ağlabatandır, nəinki Ukraynanın. Məqsəd isə müharibəni daha da genişləndirmək, danışıqlar və sülh ehtimalını sıfıra endirməkdir.
Yaxın zamanda müharibənin daha geniş fazaya daxil olması ehtimalı var.

ABŞ İnstitunun 9 Mayla bağlı proqnozuna gəldikdə isə düşünürəm ki, Qələbə Günü hətta müəyyən məhdudiyyətlərlə olsa da, qeyd ediləcək. Bu, xüsusilə daxili ictimai rəy üçün lazımdır. Hər il davamlı olaraq qeyd olunan ənənəvi tarixin bu il unudulması daxili ictimai şüurda məğlubiyyət kimi assosasiya oluna bilər.

Kənan Novruzov
İnterpress.az