Macarıstan üç Ukrayna hərbçisinə sanksiya TƏTBİQ ETDİbackend

Macarıstan üç Ukrayna hərbçisinə sanksiya TƏTBİQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan məcburi hərbi çağırışa görə məsuliyyət daşıyan üç Ukrayna hərbçisinə qarşı sanksiyalar tətbiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Siyarto mətbuat konfransında bildirib.

Siyarto deyib ki, Budapeşt Avropa məhdudiyyətlərini gözləmədən Ukraynanın bütün hərbi rəhbərlərinin ölkəyə girişini qadağan etmək üçün hərəkətə keçib.

Bu, Zakarpatyadakı işə qəbul məntəqəsində ukraynalı zabitlər tərəfindən döyülən macarın ölümü ilə bağlı xəbərlərdən sonra baş verib.

“Bu gün biz bu şəxslərin hər üçünün Macarıstana girişini qadağan etmək üçün tədbirlər gördük”, – o qeyd edib.

Sözügedən üç şəxs Ukrayna Quru Qoşunlarının Baş Qərargah rəisi, Qərb Əməliyyat Komandanlığının komandanı və Ukrayna Müdafiə Nazirliyinin Səfərbərlik İdarəsinin rəisidir.

Xuraman Etibarlı

İnterpress.az