Azərbaycan diasporunun rəhbərinin oğlunun saxlanması mənim bildirişimlə olub.
İnterpress.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov X hesabında yazıb.
Mironov bildirib ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu məhz onun “tələbi ilə” saxlanılıb.
O, həmçinin əlavə edib ki, Rusiyadakı bütün Azərbaycan diasporunun, o cümlədən Moskvanın “Sadovod” və “Fod City” bazarları kimi iri obyektlərin yoxlanılmasını gözləyir.
“Bu, yalnız başlanğıcdır”, – Mironov azərbaycanlılara qarşı aqressiyasını gizlətməyib.
Xuraman Etibarlı
İnterpress.az