Pskovda 16 yaşlı qız məktəbdə bıçaqlı hücuma kömək etməkdə şübhəli bilinərək saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiyanın Pskov şəhərində 16 yaşlı yeniyetmə qız Prikamye bölgəsindəki (Perm vilayəti) məktəblərin birində baş vermiş bıçaqlı hücum işi üzrə cinayət ortağı kimi saxlanılıb.
İstintaqın məlumatına görə, o, Aleksandrovsk şəhərinin 13 yaşlı sakini ilə yazışaraq ona həmyaşıdlarını qətlə yetirməsi üçün müxtəlif məsləhətlər və konkret göstərişlər verib.
Yeniyetmə qızın 13 yaşlı məktəblini bu qanlı cinayəti törətməyə təşviq etdiyi və prosesi istiqamətləndirdiyi bildirilir.
Hazırda faktla bağlı başlanmış cinayət işi çərçivəsində istintaq tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






