Məmurlara “ÖLDÜRÜCÜ” SUAL: “Oğurluğu nə vaxt dayandıracaqsınız?” – VİDEObackend

Məmurlara “ÖLDÜRÜCÜ” SUAL: “Oğurluğu nə vaxt dayandıracaqsınız?” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tuva hökumətinin hesabatında məmurlardan oğurluğu nə vaxt dayandıracaqları soruşulub. Tamaşaçılar sualı alqışlarla qarşılayıblar.

İnterpress.az xəbər verir ki, rəsmilər hökumətin 2024-cü il hesabatını müzakirə etmək üçün Uluq-Xem rayonunun Şaqonar şəhərində toplaşıb.

Gələn sakinlərdən biri sual vermək istəsə də, zaldakılardan kimsə fikrini yayındırıb. Torpaq və Əmlak Münasibətləri Naziri Ayan Dopuy-ool suala aydınlıq gətirmək istəyəndə kişi partlayıb və ağrılı fikrini dilə gətirib:

“Oğurluqdan nə vaxt əl çəkəcəksiniz? Sualım budur, başa düşürsünüz? Normal yaşayaq, normal tikək! Yalan danışmaq lazım deyil!”

Sualdan sonra məmurlar çarəsiz gülümsəyib, toplaşanlar isə alqışlamağa başlayıblar.

Xuraman Etibarlı

İnterpress.az