Məscidlərimizin dağıdılmasına susan İran indi imana gəldi?backend

Məscidlərimizin dağıdılmasına susan İran indi imana gəldi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamenti Azərbaycanı İsraildə səfirlik açmasına görə ittiham edib. Öz aləmlərində guya bəyanat-zad qəbul ediblər. Əvvəla, Azərbaycanın daxili işinə qarışanların danışan dilini, uzanan əllərini kəsmək lazımdır. Çünki heç kimin ixtiyarı yoxdur ki, Azərbaycanın yürütdüyü siyasətə kölgə salsın.

Bu sözləri İnterpres.az-a açıqlamasında bunu “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili deyib.

İran unutmasın ki, uzun illər boyu işğal altında olan rayonlarımızın, şəhərlərimizin, məscidlərimizin, tariximizin ermənilər tərəfindən dağıdılıb yerlə yeksan edilməsinə göz yumanda və bu cinayətləri törədənlərə qucaq açanda, onları müdafiə edəndə bizə dəstək göstərən ölkələrdən biri də İsrail olub.

İranın “sionist rejim” adlandırdığı dost İsrail Azərbaycanın tərəfdaşıdır. Hansı ki, İsrail hər zaman Azərbaycanın ərazi büyövlüyünü dəstəkləyib, erməni işğalını pisləyib və ən başlıcası öz töhfəsini verib.

Amma İran nə edib?

İran parlamentinin bu qərarı riyakarlıqdan başqa bir şey deyil.

Ən azından müsəlman qardaşının düşməni olan Ermənistanla sıx əməkdaşlıq etməsi İran adına ən böyük ləkədir. Özünü İslam ölkəsi adlandıran bu rejimin Ermənistana yardımı, o cümlədən hərbi sahədə əməkdaşlıqları İslama ən böyük zərbədir.

30 il məscidlərimizi tövlə kimi istifadə edən və orada donuz saxlayan erməniləri müdafiə edən İranın guya haqdan və ədalətdən danışması gülüş doğurur.

Heç kimdən gizli deyil ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə bir çox müsəlman ölkəsi Ermənistanla əlaqələri kəsdiyi halda İran bu işğalçı dövlətlə dostluğunu daha da möhkəmləndirib. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistan ilə diplomatik əlaqələri dayandırdı.

Bəs İran nə elədi?

– Bir tərəfdən Ermənistanı dəstəkləyir, o biri tərəfdən isə Azərbaycan daxilində terroru dəstəkləyir.