Məşhur bloger “Zevs” və qardaşından xalqın faciəsinə HÖRMƏTSİZLİK – FOTO/VİDEObackend

Məşhur bloger “Zevs” və qardaşından xalqın faciəsinə HÖRMƏTSİZLİK – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalqın bu ağır günündə, hüzn və kədər içində olduğu gündə, hamının həmrəy, həmfikir olduğu bir vaxtda yaramazlıqla məşğul olanlar da var.

Ümummilli təyyarə qəzası faciəsindən faydalanmaq istəyənlər az da olsa, təəssüf ki, mövcuddur.

Trend və “layk” xətrinə faciəni şouya çevirənlərdən biri “Zevs” nikli bloger Ruslan Quliyevdir.

Faciəni özü üçün “layk” bazarına çevirən “yutuber” təyyarə qəzasında guya özünün və qardaşının öldüyünü deyərək video paylaşıb.

Onun bu saxta videosu layk yığmaq xətrinə də olsa, insanların həssas dönəmdə hissləri ilə oynamaq deməkdir və sosial şəbəkə istfadəçilərinin şərhləri də bunu sübut edir.

Müxtəlif maxinasiyalarda adı hallanan Ruslan Quliyevi insanların təpkisi də qorxutmur. Bu cür tərbiyəsizliyi xalqın dərdini özünün dərdi yox, xalqın dərdini özünün gəlir mənbəyi hesb edənlərdən gözləmək olar.

İnterpress.az