Məşhur jurnalist axtarışa verildibackend

Məşhur jurnalist axtarışa verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi məşhur rusiyalı teleaparıcı və publisist Aleksandr Nevzorovu beynəlxalq axtarışa verib.

Millitribuna.az xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks” agentliyi məlumat yayıb.

Agentliyin qeyd edib ki, mayın 4-də Nevzorovun vəsiqəsi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarışında olan şəxslərin məlumat bazasında peyda olub.

Qeyd edək ki, Nevzorov aprelin 19-da özünün İnstaqram səhifəsində Ukraynaya qarşı döyüşən və əlində unitaz olan rus əsgərinin şəklini yerləşdirib. O, şəklə “Rus əsgəri-quldur” adı verib

“Putinin Ukraynadakı müharibəsi Rusiyanın başladığı ən biabırçı savaşdır”, – deyə Nevzorov bildirib.

Müharibə başlayandan sonra İsrailə köçən jurnalist rəsmi Moskvanın ən qatı tənqidçilərindəndir.