Mətbuat Şurasının sədri: “Media prezident seçkilərində yaxından iştirak edəcək”backend

Mətbuat Şurasının sədri: “Media prezident seçkilərində yaxından iştirak edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan mediasının seçki prosesi ilə əlaqədar kifayət qədər təcrübəsi var.

İnterpress.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.

O bildirib ki, media xalqın həyatında mühim rol oynayacaq 7 fevral seçkilərində də yaxından iştirak edəcək: “Ölkənin siyasi və ictimai həyatında baş verən vacib hadisələrdə mediamız yaxından iştirak etməlidir. Hesab edirəm ki, 7 fevral da Azərbaycan tarixində əhəmiyyətli günlərdən biri olacaq. Biz bütün dünyaya göstərməliyik ki, Azərbaycan xalqı öz gələcəyinə biganə deyil və bu baxımdan Azərbaycan mediası da bu hadisələrdə öndə getməlidir”.