Miqrantlar barədə xəbər verən şəxslərə 100 min rubl (təxm. 2000 man) veriləcək.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Dövlət Duması miqrantların qeyri-qanuni yaşayış yeri barədə məlumat verdikləri üçün ruslara 100 min rubl ödəməyi təklif edib.
Məlumata görə, təşəbbüsün müəllifi, deputat Sergey Karginovdur.
O iddia edir ki, tədbir ölkə üçün təhlükə yarada biləcək miqrant şəbəkələrini müəyyən etməyə kömək edəcək.
Mümkün mükafatı nəzərə alaraq, şəhər sakinləri miqrantların qeyri-qanuni yaşadığı “rezin” mənzillər barədə polisə məlumat verməkdə fəallaşacaqlar.
Xuraman Etibarlı
İnterpress.az