Məşhur “Mount & Blade” oyununun yaradıcılarından İpek Yavuz vəfat edib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Dünyaca məşhur “Mount & Blade” oyun seriyasının pərəstişkarları üçün kədərli xəbər yayılıb. Türkiyənin tanınmış “TaleWorlds” oyun studiyasının həmtəsisçisi İpek Yavuz 55 yaşında dünyasını dəyişib.
Məlumata görə, İpek Yavuz əfsanəvi oyun tərtibatçısı Armağan Yavuzun həyat yoldaşı olub və kult xarakterli bu oyun layihəsinin əsasını qoyan bir neçə mühüm şəxsdən biri kimi tanınırdı.
Oyun sənayesində böyük sarsıntı yaradan bu itkidən sonra pərəstişkarlar və həmkar qrupları “TaleWorlds” studiyasının bu ağır zərbəyə baxmayaraq, öz fəaliyyətini uğurla davam etdirəcəyinə ümid etdiklərini bildiriblər.
Xuraman Etibarlı
İnterpress.аz






