Müxtəlif ölkələrlə aviareyslərin bərpası ilə bağlı danışıqlar aparılırbackend

Müxtəlif ölkələrlə aviareyslərin bərpası ilə bağlı danışıqlar aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Lufthansa” aviaşirkətinə Frankfurt-Bakı reysinin bərpa olunması ilə bağlı müraciət olunub.

İnterpress.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu şirkətlə danışıqlar davam etdirilir: “Digər aviaşirkətlərdən də ölkəmizə müraciətlər daxil olur. Müxtəlif ölkələrlə reyslərin bərpası barədə danışıqlar davam edir”.

 

İnterpress.az