NATO-nun Soyuq Müharibədən sonrakı ən böyük hərbi təlimi “Sarsılmaz Müdafiəçi 2024” başlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
NATO-dan verilən açıqlamada ABŞ-a məxsus “USS Gunston Hall” dok desant gəmisinin Virciniya əyalətindəki Norfolkdan yola düşdüyü və bir sıra əməliyyatlardan sonra Atlantik okeanının o biri sahilinə çatacağı bildirilib.
Açıqlamada, HMCS Charlottetown freqatının bu ay təlim çərçivəsində Kanadanın Yeni Şotlandiya əyalətinin Halifax şəhərindən Avropaya yola düşəcəyi və Alyansın Avro-Atlantik bölgəsini gücləndirmək qabiliyyətini nümayiş etdirəcəyi bildirildi.
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) general Kristofer Kavoli deyib ki, “Sarsılmaz Müdafiəçi 2024” təlimi bizim birliyimiz, gücümüz və bir-birimizi qorumaq əzmimiz, dəyərlərimiz və qaydalara əsaslanan beynəlxalq etimadın bariz nümayişi olacaq.
31 NATO üzvü və namizəd ölkə İsveçdən təxminən 90 min əsgərin qatılacağı təlimin may ayının sonuna qədər davam edəcəyi açıqlanıb.
NATO-nun Soyuq Müharibədən sonrakı ən böyük təliminin Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçirilməsi və Rusiya ilə mümkün müharibə ssenarilərinin də yer alacağı gözlənilir.
Soyuq Müharibə dövründə NATO-nun son böyük təlimi 1988-ci ildə 125 min iştirakçı ilə keçirilən “REFORGER” idi.