Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la oyunda zədələnən “Neftçi”nin futbolçusu Emin Mahmudovun durumu müəyyənləşib.
Bakı klubunun mətbuat xidmətindən verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçinin aşağı daban oynağında gərilmə aşkarlanıb.
Komandanın kapitanı bugünkü məşqdə iştirak etməyəcək. Martın 6-da isə yenidən müayinədən keçəcək. Onun zədəsi yalnız müayinənin ardından bilinəcək.
Qeyd edək ki, “Qarabağ”la görüşün 1-ci dəqiqəsində rəqibin yarımmüdafiəçisi Marko Yankoviçin müdaxiləsindən sonra Emin Mahmudov ayağından xəsarət alıb. Azərbaycan millisinin üzvü görüşün 51-ci dəqiqəsində əvəzlənib. Qarşılaşma “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.