Norveç karantin qaydalarını yenidən sərtləşdirirbackend

Norveç karantin qaydalarını yenidən sərtləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç hökuməti koronavirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar əcnəbi vətəndaşların ölkəyə daxil olma qaydalarını sərtləşdirib.

Bu barədə xəbəri Norveçin Xarici İşlər Nazirliyi yayıb.

Belə ki, COVID-19-a yoluxma hallarının artdığı Kipr, Latviya, Lixtenşteyn, İsveç və Finlandiyanın bəzi bölgələrindən Norveçə səyahət edən insanlara qarşı bir sıra qadağalarla tətbiq olunacaq.

Oktyabrın 10-dan etibarən yuxarıda qeyd olunan ölkələrdən və bölgələrdən Norveçə daxil olanların hamısı 10 günlük karantin rejimində qalmalı olacaq.

Qeyd edək ki, son rəqəmlərə əsasən, Norveçdə 15 097 nəfərin koronavurusa yoluxduğu aşkar edilib, 275 xəstə pandemiyanın qurbanı olub.

 

İnterpress.az