Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov vəzifəsindən azad edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat katibi məlumat yayıb.
Kamilov ölkənin Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib. Nazirin birinci müavini Vladimir Norov müvəqqəti olaraq xarici işlər naziri vəzifəsini icra edəcək.