Paşinyan Rusiyaya yaltaqlanmaq üçün ailəsi ilə birgə Soçidə dincələcəkbackend

Paşinyan Rusiyaya yaltaqlanmaq üçün ailəsi ilə birgə Soçidə dincələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan 26 avqustdan etibarən Rusiyanın Soçi şəhərində ailəsi ilə birlikdə istirahət edəcək.

Bu barədə “Joqovurd” qəzeti yazıb.

Baş nazirin istirahət üçün Rusiyanı seçməsi isə ölkədə növbəti “yaltaqlıq” kimi qəbul olunub. Belə ki, Nikol Paşinyan bu səfərlə Rusiya ilə pisləşən münasibətlərin düzəldiyi imicini formalaşdırmaq niyyətindədir.

Ermənistanın baş nazirinin Soçidə “isti qarşılanma” gözlədiyi də qeyd olunur.

Erməni lider ölkə mətbuatının yazdığı kimi “yaltaqlanmaq” üçün çıxdığı səfərdə həmçinin daxildəki rusiyapərəst qüvvələrin narazılığını aradan qaldırmağı hədəfləyir.