Paşinyana qarşı aksiyada 50-dən çox etirazçı saxlanıldıbackend

Paşinyana qarşı aksiyada 50-dən çox etirazçı saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı İrəvanın “Azadlıq” meydanında yenidən etiraz aksiyası keçirilib.

İnterpress.az xəbər verir ki, aksiya “Şərəfim var” parlament fraksiyasının rəhbəri Artur Vanetsyan tərəfindən təşkil olunub.

Aksiya iştirakçıları ölkənin Baş naziri Nikol Paşinyanın siyasətinə etiraz əlaməti olaraq meydana toplaşıblar.

Aksiya zamanı polislə etirazçılar arasında toqquşma yaranıb və 5 aksiya iştirakçısı saxlanılıb.

Xatırladaq ki, Ermənistan müxalifəti bir neçə gün əvvəl İrəvanda Paşinyana qarşı etiraz aksiyalarına başlayıb.