Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin YYÇ-nin ispektoru polis kapitanı Abbas Tunc İsmayıl oğlu KOK Peşəkər kəmərinin sahibi olub.
İnterpress.az xəbər verir ki, o, fevralın 23-də Türkiyənin Düzce şəhərində keçirilən Peşəkar Kikboksinq üzrə KOK (king of king’s) 77 kq-da hollandiyali Kevns Simonsla döyüşün 1-ci raundunda texniki nakautla qalib gələrək KOK Peşəkər kəmərinə sahib çıxıb.
Ümumilikdə isə polis kapitanının peşəkar rinqdə 5 döyüşdə 5 qələbəsi var.
O, qələbələrinin ikisini nakautla qazanıb.