Yanvarın 23-də Polşada 10 Gürcüstan vətəndaşı saxlanılıb, yerli hüquq-mühafizə orqanları onları Şengen zonasında qanuni qalma şərtlərini pozmaqda ittiham edir.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Gürcüstan vətəndaşları ilə birlikdə bir Moldova və bir Kolumbiya vətəndaşı saxlanılıb.
Sərhəd Xidmətinin məlumatına görə, yanvarın 23-də daha iki Gürcüstan vətəndaşı da saxlanılıb.
Onlar aldıqları xəbərdarlığa tabe olmayıblar, ona əsasən Polşa ərazisini tərk etməli olublar. İndi sərhəd polisləri Gürcüstan vətəndaşlarının həqiqətən də ölkə ərazisini tərk etmələrini təmin edirlər.
Onların sözlərinə görə, ötən çərşənbə axşamı Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif qaydaları pozduqlarına görə 25 əcnəbini tutublar. Onlardan 12-si Gürcüstan vətəndaşıdır.