Putin rublu tərfilədi, Avropada inflyasiyadan danışdıbackend

Putin rublu tərfilədi, Avropada inflyasiyadan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarının müəllifləri uzaqgörən olmayan, şişirdilmiş siyasi ambisiyaları rəhbər tuturlar və bununla da Avropa və ABŞ-ın iqtisadiyyatlarına və xalqlarına zərbə vururlar”.

İnterpress.az xəbər verir ki, bu sözləri hökumətin iqtisadi problemlərə həsr olunmuş iclasında Rusiya prezidenti Vladimir Putin deyib.

“Bu sanksiyalar bir çox cəhətdən qlobal böhrana səbəb olur. Onların müəllifləri uzaqgörən, şişirdilmiş siyasi ambisiyaları, rusofobiyanı rəhbər tutaraq daha çox öz milli maraqlarına, öz iqtisadiyyatlarına, vətəndaşlarının rifahına zərbə vururlar. Biz bunu ilk növbədə Avropada inflyasiyanın kəskin artmasında görürük”, – deyə Putin vurğulayıb.

Rusiya prezidenti onu da qeyd edib ki, bəzi ölkələrdə bu, illik 20%-ə yaxınlaşıb, bütövlükdə avrozonada isə əmtəə qiymətləri 11%-dən çox artıb. Kreml rəhbəri həmçinin ölkədə inflyasiyanın sürətinin azaldığını və Mərkəzi Bankın hədəf göstəricilərinə yaxınlaşdığını da diqqətə çatdırıb: “İnflyasiya tədricən azalır, son bir ayda onun tempi mart ayı ilə müqayisədə dəfələrlə azalıb: Qiymətlərin həftəlik artımı artıq 0,1 faizə düşüb ki, bu da artıq Rusiya Bankının inflyasiya hədəfinə uyğun olaraq həftəlik artım tempinə yaxındır”.

Onun sözlərinə görə, bu il rublun məzənnəsi dünyanın bütün valyutaları arasında ən yaxşı dinamikanı göstərir: “Rublun məzənnəsi də möhkəmlənir. Bu il, yəqin ki, dünyanın bütün valyutaları arasında ən yaxşı dinamikanı nümayiş etdirir”.(azpolitika.info)