Qadın liftdə birlikdə getməmək üçün qonşusunu BIÇAQLADI – FOTObackend

Qadın liftdə birlikdə getməmək üçün qonşusunu BIÇAQLADI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus qadın qonşusunu onunla liftə minmək istəmədiyi üçün bıçaqlayıb.

İnterpress.az Rusiya mediasına istinadla xəbər verir ki, Sergiyev Posaddan olan 48 yaşlı Yelena qonşusu 66 yaşlı İrina ilə eyni vaxtda liftə daxil olub.

Yelena yaşlı qadınla getmək istəməyib və qonşunun çıxmasını tələb edib. Lakin İrina bundan imtina edib.

Bu zaman Yelena mətbəx bıçağını çıxararaq pensiyaçıya bir neçə bıçaq zərbəsi vurub. Daha sonra özünü müdafiə etmək üçün özünə xəsarət yetirib.

Liftdəki davadan sonra hər iki qadın təcili yardıma müraciət edib və hazırda xəstəxanaya yerləşdiriliblər. Hər ikisi çoxlu qan itirib və reanimasiyadadırlar.

Xuraman Etibarlı

İnterpress.az