Qadın saxta hamiləliyə görə 5 İL HƏBS CƏZASI ALDIbackend

Qadın saxta hamiləliyə görə 5 İL HƏBS CƏZASI ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş sevgilisini aldadan qadın milyonluq dələduzluğa görə həbs olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada qadın keçmiş sevgilisini aldadaraq saxta hamiləlik qurduğu üçün 5 il müddətinə azadlıqdan məhrum edilib. O, mövcud olmayan uşaq üçün kişidən böyük məbləğdə pul aldığını etiraf edib.

Məlumata görə, qadın bir neçə ay birlikdə yaşadığı kişiyə guya hamilə olduğunu deyib və hətta yalançı qarın istifadə edib. Kişi buna inanaraq onun bütün xərclərini ödəyib və ümumilikdə 1 milyon rubl (təxminən 20 922 manat) göndərib.

Məhkəmə qadını 5 il koloniyada cəza çəkməyə məhkum edib və kişiyə 1,476 milyon rubl (təxminən 30 881 manat) kompensasiya ödənilməsinə qərar verib.

Xuraman Etibarlı

İnterpress.az