Qaluzin: Aİ-nin Ermənistandakı missiyası NATO ölkələrinin Cənubi Qafqaza daxil olması deməkdirbackend

Qaluzin: Aİ-nin Ermənistandakı missiyası NATO ölkələrinin Cənubi Qafqaza daxil olması deməkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının daimi ola biləcəyindən narahatdır.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, Qərb ölkələrinin Aİ-nin Ermənistandakı missiyası zamanı Rusiya obyektləri, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlər ilə bağlı kəşfiyyat məlumatları topladığını ehtimal etmək üçün əsas da var: “Bizi həm də narahatıq ki, İrəvanın təsdiqi ilə missiya nəinki genişlənir, əksinə, müvəqqətidən daimiliyə keçmək təhlükəsi yaradır”.

M.Qaluzin qeyd edib ki, Aİ-nin Ermənistandakı missiyasında Kanada nümayəndələrinin görünməsi NATO-nun Cənubi Qafqaza de-fakto daxil olması deməkdir.