“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinin iki yoldaşlıq oyunu üçün yekun heyətinə çağırılıb.
32 yaşlı qolkiper 28 oyunçudan ibarət siyahıya daxil edilib.
Yığmanın təlim-məşq toplanışı 14-15 martda olacaq. Komanda martın 21-də Serbiya, 25-də isə Paraqvayla üz-üzə gələcək. Hər iki görüş paytaxt Moskvada gerçəkləşəcək.
Qeyd edək ki, martın 1-də açıqlanan ilkin heyətdə 38 futbolçu yer alıb.