Qəzzada 1,5 milyon insan çirkli su ilə ötürülən xəstəliklərə yoluxubbackend

Qəzzada 1,5 milyon insan çirkli su ilə ötürülən xəstəliklərə yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin 111 gündür hücumlarını davam etdirdiyi, elektrik və suyunu kəsdiyi Qəzza zolağı əhalisinin 66 faizi vəba, xroniki ishal və bağırsaq xəstəlikləri kimi çirkli suların yaydığı xəstəliklərə yoluxub.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Fələstin Ətraf Mühitin Keyfiyyəti Təşkilatının verdiyi açıqlamaya görə, 2,3 milyon əhalisi olan Qəzza zolağında 1,5 milyondan çox insan su ilə yoluxan xəstəliklərə tutulub.

İsrail işğalının hücumları nəticəsində içməli suyun olmaması və bütün dəniz suyu təmizləyici qurğuların bağlanması Qəzza zolağı əhalisinin yüzdə 66-nın çirkli su ilə yayılan xəstəliklərə məruz qalmasına səbəb olub. Bunlar vəba, xroniki ishal və bağırsaq xəstəlikləridir.

Açıqlamaya görə, İsrail qüvvələrinin Qəzzada kanalizasiya şəbəkələrini bombaladığı və bunun ətraf mühit və sağlamlıq fəlakətinə səbəb olacağı vurğulanır.

İsrailin hücumları nəticəsində Qəzzada 50 min ağacın kökündən kəsildiyi, minlərlə hektar kənd təsərrüfatı sahəsinin, tinglik və bağların məhv edildiyi və bunun səhralaşmanın artmasına, biomüxtəlifliyin azalmasına və torpağın keyfiyyətinin azalmasına səbəb olduğu bildirilib.